1
News

EF Group olaraq gördüyümüz işlər nələrdir?
“Web Development” agentliyi olaraq da bilinən EF Group rəqəmsal agentliyi 2018-ci ildən bəri Elvin Əliyev və Fuad Quluzadə tərəfindən yaradılmış və adını da qurucularından almışdır. EF Group rəqəsam agentliyi sadəcə veb-saytların hazırlanması ilə məşğul olmur, həm də müştərilərinə hər bir texniki dəstəyi göstərirlər. 

Veb-sayt hazırlanması hansı proseslərdən keçir? 
 

  1. Analitika
  2. Dizayn
  3. Kodlama
  4. Test və optimizasiya


Müştərilərimizə professional xidmət göstərmək üçün əvvəlcə müştərinin saytdan gözləntilərini və biznes üçün olan hədəflərini analiz edib, müəyyənləşdiririk. Hədəflər müəyyən edildikdən sonra müştəri və biznes yönümlü, bütün cihazlara uyğunlaşan, ən son texnologiya və trendə uyğun veb-dizayn hazırlanır, müştəriyə təqdim olunub təsdiqləndikdən sonra işə başlanılır. Veb-sayt hazırlanmasının əsas hissələrindən biri olan kodlama prosesinə xüsusi olaraq diqqət yetiririk. Kodlar mümkün qədər sadə, xətasız və modern üslubda yazılır ki, sayt maksimum keyfiyyətə və sürətə çatsın. 

Texniki SEO 

Sayt kodlanarkən texniki SEO üçün lazım olan bütün funksionallıqlar sayta əlavə edilir. Həmçinin müştərinin istəyinə uyğun olaraq Google Analytics, Google Tag Manager, Google Search Console və s. Kimi sayt üçün vacib olan alətlər də yerləşdirilr. Saytın sürəti Pagespeed Insights datalarına əsasən maksimuma çatdırılaraq müştəriyə təhvil verilir. 

Veb-sayt hazırlanması zamanı texniki SEO üçün lazım olan addımlar:

  1. Responsiv veb-sayt (mobil uyğunluq)
  2. Funksional UX/UI (istifadəçi dostu veb-sayt)
  3. SSL sertifikatı
  4. Google alətləri (GA4, GTM, Search Console)
  5. Düzgün kod memarlığı və sadə kodlama
  6. Sürətli hostinq xidməti
  7. Bütün səhifələr üçün düzgün linkləndirmə, açar sözlər və izah (meta keywords, meta desciption).


Siz də biznesinizin ən önəmli parçası olan veb-saytınızı bizə əmanət edərək, sürətli və keyfiyyətli nəticə əldə edə bilərsiniz. 

 

.

Bizimlə bənzərsiz işlər görməyə hazırsınız?

Bloq

Veb-saytınızın SEO-sunu yaxşılaşdıracaq 5 asan ipucu

Modern veb-dizayn trendləri nələrdir?

Bizimlə bənzərsiz işlər görməyə hazırsınız?

[email protected]