1
News

Xəyalınızdakı veb-sayta sahib olduqdan sonra diqqət etməli olduğunuz ilk şey saytın SEO analizidir. Saytınızın SEO-sunu və performansını ölçmək üçün bir sıra metodlar və alətlər var, həmçinin bu mövzuda sizə EF Group da kömək edə bilər. 

İnternetdə bu qədər çox sayt varkən, təəssüf ki, sizin yeni yaradılan saytınız axtarış sistemlərində geridə qala bilər, bunu yaxşılaşdırmaq üçün SEO üzərində işləmək lazımdır. Saytınızın SEO-sunu yaxşılaşdıracaq 5 ipucunu təqdim edirik 

  1. Düzgün URL-lər.
  2. Hər səhifəyə uyğun SEO başlığı, meta açıqlama
  3. Saytınızdakkı bütün şəkillərə alt başlıq əlavə edilməsi
  4. Daxili linkləmə
  5. Düzgün adlandırılmış başlıq

 

    1. Saytınız üçün düzgün URL-lər yaradın. 

Saytınızı və saytdakı səhifələri yayımlamazdan əvvəl URL-lərin düzgün və kontentə uyğun adlandırıldığına diqqət edin. Düzgün URL-lərin yazılması SEO üçün önəmli rol oynayır. Tərkibində Google tərəfindən tanınmayan işarələr, hərflər və ya rəqəmlər olan URL-lərdən çəkinin. 

    2. Hər səhifəyə uyğun SEO başlığı və meta açıqlama əlavə edin. 

Saytınızdakı hər səhifəyə uyğun SEO başlığı və mətn əlavə edərək Google botlarına və həmçinin axtarış zamanı səhifə haqqında məlumat vermək üçün əla vasitədir. 

Hərçənd son zamanlar Google meta izahlara gərək duymadan, saytdakı mətni önə çıxarır, amma hələ ki, bu bütün axtarış sistemlərində tətbiq olunmur deyə meta izahlara da hələ də ehtiyac var. 

    3. Daxili linkləmə
Daxili linkləmə (internal linking) və ya daxili link mətnləri, saytdakı kontentin içində olan sözlərə link yerləşdirmək və saytın daxilindəki digər səhifələrə yönləndirən linkə deyilir. Sayt üçün kontent yazarkən  harada və nə üçün daxili link istifadə edəcəyinizi planlaşdırın. Seçdiyiniz söz və mətn yönləndirəcəyiniz səhifəyə uyğun olmalıdır, bu halda daxili linkləmə öz effektini göstərir. 

Nəzərə almaq lazımdır ki, daxili linkləmə Google tərəfdən müsbət dəyərləndirilir və SEO üçün də yaxşı təsir edir, amma çox və lazımsız daxili linklər spam kimi qəbul edilə bilər və saytı geri ata bilər. 

    4. Saytdakı şəkillərə alt mətn əlavə etmək. 
Axtarış sistemləri saytdakı şəkli daha yaxşı oxuya bilsin deyə şəklə alt başlıq əlavə edə bilərsiniz. Axtarış sistemi şəklin nə ilə əlaqəli olduğunu anlasın deyə bir neçə sözdən ibarət izahedici qısa mətn əlavə edə bilərsiniz. Bu metod saytın şəkil axtarış bölməsində də önə çıxmağına kömək edəcək.  
   
    5. Düzgün adlandırılmış başlıqlar
Saytınızdakı hər bir səhifənin özünə aid bir başlığı, alt başlığı və kontenti olmalıdır. Düzgün mətn ierarxiyası ilə axtarış sistemlərinə saytınızı önə çəkə bilərsiniz. Saytın ən önəmli önə çıxan hissəsi başlıqdır, H1 olaraq da tanınan bu başlıq hər səhifə üçün düzgün adlandırılmalıdır. Diqqət etmək lazımdır ki, hər səhifədə yanlız 1 ədəd H1 başlığı olsun, daha sonra isə H2, H3 şəklində başlıqlar davam etməlidir. Bu başlıqların işləmə prinsipi isə axtarış sistemlərinin saytı analiz edən zaman kontenti daha yaxşı anlamasına kömək edir. 

    BONUS: Siz də saytınızı önə çəkmək istəyirsinizsə, EF Group SEO xidmətimizdən yararlana bilərsiniz. 

 
.

Bizimlə bənzərsiz işlər görməyə hazırsınız?

Bloq

Veb-sayt hazırlanma prosesimiz

Modern veb-dizayn trendləri nələrdir?

Bizimlə bənzərsiz işlər görməyə hazırsınız?

[email protected]