1
News

Veb-dizayn sahəsi gün keçdikcə inkişaf sürətini daha da artırır. Bu sürətlə ayaqlaşan şirkətlər isə internet dünyasında hər zaman 1 addım öndə olurlar. Bu yazımızda internet dünyasında ön planda olmaq üçün nələrə diqqət etməli olduğunuzu izah edəcəyik. 

Flat Design texnikaları
Son illərdə haqqında çox danışılan Flat Design günümüzdə ən populyar veb-dizayn metodu olaraq öz yerini alır. Bu dizayn metodu sayəsində, sadə, təmiz və başadüşülən bir veb-sayta sahib olursunuz. 

Flat design sadəcə veb-sayt dizaynında deyil, həm də böyük şirkətlərin loqolarının yeni versiyalarında da qabağımıza çıxır. Buna misal olaraq, Google, Microsoft, Youtube kimi tanınan şirkətləri göstərmək olar. 

Adaptiv (responsive) dizayn
Mobil telefonların artıq kompüterlərdən daha çox istifadə edildiyi bir dövrdə yaşayırıq. Bunun üçün də sayt dizayn edərkən mobil responsivlik ön plana alınmalıdır. Google saytın önə çıxması üçün bu funksiyaya çox böyük diqqət ayırır. İstifadəçi və müştərilər üçün də mobil responsivlik çox önəmlidir, asan və əlverişli mobil veb-sayt biznesinizi önə çəkəcək. 

3D və animasiyalı dizaynlar
Son illərdə sürətlə məşhurlaşan 3D sahəsi veb-saytlarda da özünü göstərir. Günümüzdə sürətlə inkişaf edən texnologiya ilə istifadəçilər üçün veb-sayt təcrübəsini olduqca maraqlı hala gətirməyə imkan yaradır. 

.

Bizimlə bənzərsiz işlər görməyə hazırsınız?

Bloq

Veb-saytınızın SEO-sunu yaxşılaşdıracaq 5 asan ipucu

Veb-sayt hazırlanma prosesimiz

Bizimlə bənzərsiz işlər görməyə hazırsınız?

[email protected]